Kubaya qarşı iqtisadi embarqonun müddəti uzadıldı

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı tətbiq olunan blokada qərarını yenidən uzadıb.

 

Bu barədə Ağ Ev mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda vurğulanır ki, 1917-ci ildə qəbul olunan və Kubaya qarşı iqtisadi embarqonu özündə ehtiva edən "Düşmənlə Ticarət Qanunu"nun müddətinin uzadılması ilə bağlı qərarı Prezident Donald Tramp imzalayıb.

 

Qeyd olunub ki, Kuba hökuməti izlədiyi siyasəti tamamilə dəyişərsə iqtisadi embarqo qərarı da ləğv oluna bilər.