Kubada neft anbarında yanğın: Yaralananlar var

Kubanın Matansas əyalətində neft anbarı bazasını ildırım vurması nəticəsində iri miqyaslı yanğın olub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, hadisə zamanı azı 77 nəfər xəsarət alıb.

Yaxınlıqdakı rezervuarda dörd partlayışın qeydə alındığı qeyd edilir. Zərərçəkənlərin hamısı hazırda xəstəxanaya yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağır, dördünün vəziyyəti kritikdir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, neftin dağılması barədə məlumat verilmir.