KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlıları mühafizə etdikləri obyektləri bu ölkənin hüquq mühafizə orqanlarına təhvil verməyə başlayıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.