Kəşmirdə toqquşma: Hindistanlı hərbçilər öldü

Az.shafaqna.com “Hindustan Times”-ə istinadən xəbər verir ki, Cammu və Kəşmir regionunun Hindistanın nəzarəti altındakı hissəsində atışma baş verib.

İnsident nəticəsində 2 hindistanlı hərbçi ölüb.

Ölən hərbçilərdən birinin vəzifəsi praporşik olub.

Qeyd edək ki, son günlər bölgədəki gərginlik artıb.

İlin əvvəlindən silahlı toqquşmalar nəticəsində 28 nəfər həyatını itirib. Dünyasını dəyişənlərdən 21-i müsəlmandır.

Hindistan tərəfi regiondakı reydləri gücləndirib. 1 000-ə yaxın insan tutulub.

11-12 oktyabrda baş verən toqquşmalar zamanı isə 5 hindistanlı hərbçi ölüb.