İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına neft ötürən boru xəttində ardıcıl partlayışlar baş verib. FaktXəbər bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Mosulun 70 kilometr cənubunda yerləşən Əyn Cəhş kəndində qeydə alınıb. Neft kəməri kustar üsulla hazırlanan 6 partlayıcı maddə ilə partladılıb.
Partlayışdan sonra kəmər ətrafında böyük yanğın başlayıb, kəmərlə neft nəqli dayanıb.
Qeyd edək ki, Kərkük-Ceyhan boru xətti ilə neft nəqli Kürdüstan Regional Rəhbərliyində keçirilən müstəqillik referendumundan sonra 2017-ci ilin oktyabrında İraq ordusu tərəfindən dayandırılmışdı. Bağdad və Ərbil arasında keçən ilin noyabr ayında əldə olunan razılaşmadan sonra neft nəqli yenidən başlamışdı.
Kərkük-Ceyhan neft boru xətti partladılıb