"Krım körpüsü məhv edilməlidir" - Podolyak

Ukrayna işğal altındakı yarımadanı Rusiya ilə birləşdirən Krım körpüsünü qanuni hərbi hədəf hesab edir.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak "The Guardian"a müsahibəsində deyib."Bu, qeyri-qanuni tikinti və Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir", - o əlavə edib.