Kreml ABŞ-ın “Demokratiya sammiti”nə sərt reaksiya göstərdi

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bu ilin dekabrında ABŞ-ın təşəbbüsü ilə baş tutması gözlənilən “Demokratiya uğrunda sammit”i sərt tşkildə tənqid edib və həmin tədbiri “dünyada yeni bölücü xətlərin qurulması” olaraq dəyərləndirib.

“Şübhəsiz, biz qarşıdan gələn tədbirə neqativ yanaşırıq. Bu dünyanın yenidən bölünməsinə yönəlik cəhddən başqa bir şey deyil. Biz hələ ötən əsrin 90-cı illərində bu hüdudları yox etməyə çalışırdıq. Lakin Birləşmiş Ştatlar yeni xətlər çəkərək, ölkələri öz təsəvvürlərinə görə “pis” və “yaxşı”lara ayırır”,-deyə o, bildirib.

Peskovun iddaısna görə, ABŞ gerçəklikdən uzaqlaşıb və dünyada hökm sürən ümumi əhval-ruhiyyəyə uyğun olmayan addınlar atır.

Onun bildirdiyinə əsasən, rəsmi Vaşinqton demokratiya haqqında öz təsəvvürlərini başqa dövlətlərə zorla təlqin etdirməyə çalışır və bu termini özəlləşdirib.

Musavat.com