Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində anbarların birində yanğın baş verib.
Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, aidiyyatı qurumları yanğının ziyarətgah kompleksinin "əl-Əqilə səhni"ndə yerləşən və hərəmdə istifadə edilən xalça-palaz anbarında baş verdiyini bildiriblər.
Yanğın söndürən qrupların müdaxiləsindən sonra yanğının qarşısı alınıb.
Yanğının baş verdiyi ərazi tikinti işlərinin davam etdiyi obyektlər olub.
Bu hadisədə kimsə xəsarət almayıb.
Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində yanğın olub