Kərbəla məktəbi bizə nə öyrədir?

Kərbəla məktəbi bizlərə Allahla bağladığımız əhdə vəfa etməyi, sədaqətli olmağı, Allah yolunda hər şeyindən - övladından, malından, canından- keçməyi, nə olursa olsun şəriətin göstərişlərinə əməl etməyi ( istər ibadət məsələlərində,  istər haqq-hüquq məsələrində) öyrədir. Kərbəla məktəbi bizə öyrədir ki, əgər din təhlükədədirsə, onu qorumaq üçün hər şeyini ver! 
Kərbəla məktəbi bizə öyrədir ki, axirətini dünyaya  dəyişmə!
 Kərbəla məktəbi bizə qeyrəti tanıdır və qeyrətli olmağı öyrədir.
Kərbəla məktəbi bizə Allaha təvəkkül etməyi və nə olursa olsun Allahın razılığını qazanmağı, Ona təslim olmağı, vəzifəyə əməl etməyi, əsarət altında olmayıb azad olmağı, əxlaqı, fədakarlığı, camaatı yaxşılığa dəvət edib pislikdən çəkindirməyi, millətpərəst və  irqçilikdən uzaqlaşmağı, dini dəyərləri bütün dəyərlərdən üstün tutmağı öyrədir.  Budur əsl Kərbəla məktəbi!

İlahiyyatçı Rasim Dəmirov.