Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəısmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.