Koronavirusa qarşı dərmanın adı açıqlanıb

Çində "Arbidol"u koronavirusa qarşı effektiv dərman kimi elan edilib. Bu barədə ölkənin Səhiyya Nazirliyi xəbər verib. 

 

Məlumatda bildirilir ki, sözügedən dərman  xlorokin fosfat və ribavirin ilə birlikdə "COVID-2019"dan müalicə planının altıncı versiyasına daxil edilib. 

 

Qeyd edək ki, bundan qabaq da həkimlər Arbidolu koronavirusa qarşı effektiv dərman kimi müalicə planına daxil etmişdi. 

 

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər.