Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik

İngiltərə futbol çempionatında oyunçuların bir-birləri ilə və ümumiyyətlə matçlar başlamazdan əvvəl rəsmi şəxslərlə əl görüşməsi müvəqqəti qadağandır. Bu qayda Premyer Liqanın növbəti turundan qüvvəyə minəcək.

 

TASS bildirir ki, matç iştirakçılarının əl görüşlərinə qoyulan qadağa koronavirusun yayılmasının qarşısını almaqla əlaqələndirilir. Komandaları meydanda düzüldükdən sonra hər iki komandanın oyunçuları bir-birinin yanından keçməyəcək və əl sıxışmayacaqlar. Qayda İngiltərə Çempionatının iclaslarının bütün rəsmilərinə də şamil olunur.

 

Qarşıdakı Premyer Liqa turu 7 martda "Bornmut" və "Liverpool" arasındakı görüşlə başlayacaq.