Kommunal işçi dəbilqədə çalışmaq üçün xüsusi bir hicab hazırlayıb

İngilis su şirkətinin əməkdaşı, fərdi qoruyucu vasitələrə (PPE) olan tələblərə cavab verən və qoruyucu dəbilqə altında geyinmək üçün uyğun olan xüsusi bir hicab hazırladı. Severn Trent Water şirkətinin suyun keyfiyyəti üzrə baş məsləhətçisi Əminə Şəfik hicabını taxır və hərdən növbətçi olduğu zaman dəbilqə də geyir. Şirkətin son illərdə işə daha çox müsəlman qadın cəlb etməsi ilə Əminə hicabın mütləq zəruri olduğunu nəzərə alıb.

Operativ.tv-nin İslamNews -a istinadla verdiyi xəbərə görə, Birmingem sakini baş geyiminin prototipini şəxsən özü hazırlayıb və rəhbərliyin təsdiqini qazanıb. PPE hicabı lazımsız parça kıvrımlarından azaddır və qadın işçilər üçün təhlükəli su infrastrukturu zamanı geyinmək üçün təhlükəsizdir. Yeni başlıq artıq lazımi miqdarda istehsal edilib və su təchizatı şirkətinin işçilərinin ixtiyarındadır. "Ümid edirik ki, bu, müsəlman qadınlara mühəndislik sahəsində iş üçün müraciət etməkdə kömək edəcək" deyə Şəfik bildirib.