Koalisiya qüvvələrinin Sənaya endirdiyi ən ölümcül zərbələri nəticəsində 20-yə yaxın insan ölüb

Yəmənin Husi qruplaşmasına qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın paytaxt Sənaya aviazərbələri bir gecədə dinc sakinlər də daxil olmaqla, azı 20 nəfərin həyatına son qoyub.

Husi mediası və sakinlərin bildirdiyinə görə, bu, 2019-cu ildən bəri ən qanlı hücumlarından biri olub. Qonşuların və həkimin dediyinə görə, koalisiya təyyarələrinin yüksək rütbəli Husi hərbçisinin, o cümlədən həyat yoldaşı və oğlunun evinə hücumu nəticəsində 14 nəfər həlak olub.

Hava zərbələri bazar ertəsi koalisiya ortağı Birləşmiş Ərəb Əmirliklərinə İrana dəstək verən husilərin iddia etdiyi və üç nəfərin ölümünə səbəb olan pilotsuz təyyarə və raket hücumundan sonra həyata keçirilib.

Koalisiya bazar ertəsi Səudiyyə Ərəbistanına doğru atılan səkkiz pilotsuz təyyarənin qarşısını aldığını bildirib. Səudiyyə Ərəbistanının dövlət mediası bildirib ki, çərşənbə axşamı səhər tezdən koalisiya Sənadakı Husi qruplaşmasına məxsus qala və düşərgələrə hava zərbələri endirməyə başlayıb.

Husi mediası evi vurulan Husi hərbi məmurunun husilərin aviasiya kollecinin keçmiş rəhbəri Abdulla Qassim əl-Cüneyd olduğunu bildirib. Tibb mənbəsi və sakinlərin Reuters-ə verdiyi məlumata görə, zərbə onu, həyat yoldaşını, 25 yaşlı oğlunu, digər ailə üzvlərini və naməlum şəxsləri öldürüb.

Hadisə yerində olan Əhməd əl-Əhdal deyib ki, Cüneydin evinə zərbə endirildikdən sonra əmisinin evi vurulub. O, Səudiyyənin dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin nəzarəti altında qalan Marib əyalətinin məhkəməsi tərəfindən avqust ayında güllələnməyə məhkum edilən 170-dən çox husi məmuru arasında idi. O vaxt dövlət mediası xəbər vermişdi ki, məhkəmə əksəriyyəti qiyabi mühakimə olunan müttəhimləri hərbi çevriliş və müharibə cinayətlər törətməkdə təqsirli bilib.

Şimali Yəmənin böyük hissəsini nəzarətində saxlayan Husi administrasiyasının xarici işlər üzrə nazirinin müavini Twitter-də koalisiya qüvvələrinin gecə ərzində şəhərə endirdiyi zərbələr nəticəsində təxminən 20 nəfərin öldüyünü bildirib.

BƏƏ bu yaxınlarda Yəmənin enerji istehsal edən Şəbva və Marib bölgələrində husilərə qarşı döyüşə qoşulan Yəmən qüvvələrini silahlandırıb və təlimlər verib.

Bazar ertəsi husilərin Əbu-Dabidə iki yerə hücum etdiyini, yanacaq daşıyan maşınlarda partlayışlar törətdiyini və Əbu Dabi hava limanı yaxınlığında yanğın törətdiyini idda edib. Buna cavab olaraq BƏƏ “terror hücumlarına və cinayətin eskalasiyasına” cavab vermək hüququnu özündə saxladığını bildirib.

Dövlətə məxsus WAM xəbər agentliyinin bildirdiyinə görə, partlayış nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlər arasında iki Hindistan və bir Pakistan vətəndaşı var.

Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.

Amerikanın səsi.