KİV: "İranın müdafiə sənayesi obyektində partlayış olub, ölən və yaralananlar var"

Ötən gecə İranın paytaxtı Tehrandan 30 km cənub-şərqdə yerləşən Pərçin müdafiə sənayesi obyektlərində partlayış olub. 

Operativ.tv “Report”-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Müəssisənin fəaliyyəti barədə geniş məlumat yoxdur. Ancaq onun İranın nüvə proqramına bağlılığı və qapalı sənaye müəssisəsi olduğu qeyd edilib.

Məlumata görə, yaralılar hospitala yerləşdirilib.

Sakinlər kompleksin ərazisində güclü partlayış səsi eşitdiklərini söyləyiblər.