Fevralın 1-də saxlanılan Müsəlman Birliyi Hərəkatının fəal üzvü Etibar İsmayılovun Apelliyasiya şikayətinə baxılacaq. Bu barədə məlumat hərəkatdan verilib. Hakim Qədim Babayevin sədrliyini ilə Bakı Apelliyasiya Məhkəməsində baş tutacaq iclas Etibar İsmayılov barəsində açılan CM-nin 243.4.3-cü maddə ilə başlanan cinayət işi ilə bağlıdır. Etibar inanclı olaraq narkotikanın rəngini belə tanımadığı halda barəsində ağır ittihamla üzləşməsini özünün və təmsil olduğu hərəkatın fəaliyyətinə hakimiyyətin sərt müdaxiləsi kimi qiymətləndirir. Buna görə də o, ittihamı əsassız və şərlənmə olaraq rədd edir. Məhkəmə də, onun iddiası əsasında təşkil olunur. İclas sabah 12:15-də keçiriləcək.
Keçmiş siyasi məhbus Etibar İsmayılov fevralın 1-də saxlanılıb. İki gün sonra Sabunçu Rayon Məhkəməsi önünə çıxarılan İsmayılovun barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddə ilə cinayət işi başlanıb. 4 aylıq sanksiya alan İsmayılov həmən günün ikinci yarısı 1 saylı müvəqqəti saxlama təcridxanasına köçürülüb.
Keçmiş siyasi məhbusun Apelliyasiya şikayətinə baxılacaq