Keçmiş diktator öldü

Keçmiş Panama diktatoru Manuel Noriega 83 yaşında dünyasını dəyişib.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Ölümün səbəbi haqqında dəqiq məlumat verilmir. 

Panama prezidenti Varela "Norieganın ölümü tariximizin bir hissəsini qapadı", - deyə, şəxsi "Twitter" hesabında yazıb. 

Manuel Noriega 1984-1989-cu illərdə Panamaya rəhbərlik edib. Ölkə başçısı olduğu dövrdə yüzlərlə insanın ölümündə ittiham olunurdu.

Norieganın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu iddia olunur. 1989-cu ildə ABŞ-ın Panamanı işğal etməsindən sonra Noriega həbs olunaraq, 20 il həbs cəzasına məhkum edilib. ABŞ-da cəza müddəti başa çatdıqdan sonra Fransaya ekstradisiya olunan diktator "çirkli pulları yuma" ittihamı ilə azadlıqdan məhrum edilib.

Noriega 2011-ci ildə 77 yaşında ölkəsinə təvil verilmişdi. Onun beyin şişindən əziyyət çəkdiyi bildirilirdi.

Rakurs.tv