Keçmiş baş nazir İmran Xanın həbsinə order

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Pakistanda məhkəmə terrorizm ittihamı ilə keçmiş baş nazir İmran Xanın işi üzrə həbs qərarı çıxarıb.

Pakistan mətbuatında yer alan xəbərlərə görə, Marqalla rayonunun yerli hakimi Pakistan Ədalət Uğrunda Hərəkat (PTI) partiyasının lideri, keçmiş baş nazir İmran Xanın həbsinə order verib. Sentyabrın 1-də məhkəmə Xanın müvəqqəti girov müddətini sentyabrın 12-dək uzadıb. Pakistanda aprelin 10-da parlamentin etimad səsverməsində 174 "yox" səsi toplayan İmran Xan hökuməti yıxılıb. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib. Avqustun 21-də Xana qarşı Terrorla Mübarizə Qanununa əsasən "polisi və hakimi təhdid etdiyi" əsası ilə iş başlanıb.