Kazanda azərbaycanlı xalçaçıların hazırladığı Quran xalçası nümayiş etdiriləcək

Tatarıstanda azərbaycanlı xalçaçıların ipəkdən toxuduğu və üzərində Quran ayələri olan xalça sərgilənəcək. Bu barədə mayın 20-də İQNA xəbər verib.

Tatarıstanın paytaxtı Kazanda “Qədim Persiya İrsi – İran sənətkarlığı” adlı sərgi keçirilir. Məlumata görə, tədbirdə Qurani-Kərimin bir neçə səhifəsini əhatə edən ipək xalça nümayiş etdiriləcək. Həmin xalçanın Təbriz İslam İncəsənəti Universitetinin sifarişi ilə Azərbaycan xalçaçıları tərəfindən toxunduğu bildirilib.

Sərgi mayın 19-da başlayıb və 60 müddətində davam edəcək.