“Kaspi”nin baş redaktoru işdən çıxdı

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev vəzifəsindən ayrılıb.

Bu barədə onun özü məlumat verib: “Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”.

Xatırladaq ki, ötən həftə “Kaspi” qəzetinin fəaliyyətinin dayandırılması ilə bağlı sualı cavablandıran İlham Quliyev qəzetin sadəcə gündəlik yayımı dayandırdığını bildirmiş, sentyabrdan həftəlik yayıma keçəcəklərini demişdi. 

Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevadır. Onun həyat yoldaşı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov vəzifəsindən çıxarılandan sonra KİVDF qəzetə yardımı dayandırıb.