Karantində evini qumarxanaya çevirdi, tutuldu

Bakıda evində qumarxana təşkil edən şəxs saxlanılıb. 

Polis aprelin 28-i gecə saatlarında əməliyyat keçirib. 

Yasamal rayonu, Ə. Salamzadə küçəsi 7 ünvanında yerləşən yenitikili hündürmərtəbəli yaşayış binasında yaşayan 1989-cu il təvəllüdlü Tural Rüstəmov evində qumarxana təşkil etdiyi üçün saxlanılıb.