Kanada şirkəti 3 aydır azərbaycanlıları işlədib pullarını vermir

"Kanadanın "Zenith Aran Oil Company"nin baş direktoru Andrea Cattaneo Azərbaycan Əmək qanunvericiliyini pozaraq üç aydır öz işçilərinə əmək haqqı ödəmir."

 

Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisi, kanadalının cəzasız qalacağını bildiyi üçün belə etdiyini bildirir:

 

"Belə ki, işçi müvafiq qurumlara şikayət ərizəsi yazmağa qorxur. Ona görə ki, işəgötürən onunla müvəqqəti Əmək Müqaviləsi bağlayıb. Bu halda, ərizə yazdığı üçün müqavilə müddəti qurtaran kimi onu işdən azad edəcək və işçi də işsizlikdən sığorta haqqı almayacaq. Əmək müfəttişliyi də deyir ki, işçi ərizə yazmasa, problemi araşdırmayacam."

 

Mirvari Qəhrəmanlı əlavə edir ki, sözügedən şirkət SOCAR-la 25 illik müqavilə bağlayıb və deməli 25 il qanunvericiliyimizi saymayacaq: "Əmək müfəttişliyi də deyəcək: Ərizə yoxdur, deməli qanun pozuntusu da yoxdur!"