Kanada Rusiyaya qarşı 43 fiziki və ya hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib

Rusiya Qərbin sanksiyalarına cavab olaraq 43 Kanada vətəndaşına sanksiya tətbiq etdikdən sonra Kanada da qisas aldı.
Kanada, Rusiya, Belarus və Ukraynadan olan ümumilikdə 82 nəfər və quruma sanksiya tətbiq edilib.
Operativ.tv HABER 7-yə istinadən xəbər verir ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq 43 Kanada vətəndaşına sanksiya tətbiq etdikdən sonra Kanada da qisas aldı. 
Kanadanın baş naziri Castin Trüdonun ofisindən verilən açıqlamada Rusiyanın Ukraynaya müdaxiləsi səbəbilə Rusiya müdafiə sektoru ilə bağlı 6 nəfər və 46 təşkilat, 15 Ukraynalı və 13 Belaruslu və Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək verən 2 quruma sanksiya tətbiq edilməsinə qərar verilib.
Kanada Rusiyanın müdafiə istehsalı potensialının yaxşılaşdırılmasına kömək edə biləcək texnologiyaların ixracını, silah istehsalında istifadə oluna biləcək qabaqcıl texnologiya və malların, eləcə də müxtəlif dəbdəbəli malların Belarusa ixracını və idxalını qadağan edib.
Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün Rusiyanın dəstəklədiyi təbliğat vasitələrinə qarşı da sanksiyaların nəzərdə tutulduğuna diqqət çəkən Kanada Böyük Britaniya, Yaponiya və ABŞ ilə birlikdə Rusiyadan bəzi qızıl məhsullarının idxalına qadağa qoyaraq əmtəənin rəsmi olaraq beynəlxalq bazarlardan çıxmasının qarşısını alacağını bildirib.