Kamran Fəratın apellyasiya məhkəməsi keçiriləcək

Sabah (20 oktyabr) Əhli-beyt (ə) məddahı Kamran Ağamusa oğlu Kərimovun apellyasiya şikayəti üzrə məhkəməsi keçiriləcək. Bu barədə Operativ.tv-yə yaxınları məlumat verib. Kamran Kərimov cəmiyyətdə Kamran Fərat olaraq tanınır və bir çox dəyərli ifa və bəstələrin müəllifidir.

Oktyabrın 5-ı saxlanılan gənc 30-sutka inzibati həbs cəzası alıb. Sabah onun sutkalıq həbs cəzasından apelyasiya şikayəti üzrə məhkəməsi keçiriləcək.

Dini ilahilər oxumaqla tanınan məddah bir müddət öncə Qarabağ şəhidlərinin xatirəsinə "Ey Hüseynin aşiqi" adlı yeni klipini təqdim edib. Kamran Fəratın saxlanılma səbəbini də məhz bu ilahi ilə bağlı olduğu qeyd edilir. Oktyabırın 6-da məhkəmə önünə çıxarılan məddaha 30 sutka inzibati cəza verilib.