Kadırov: Rusiya Ukraynaya qarşı yox, NATO-ya qarşı vuruşur

Rusiya Ukraynada NATO-ya qarşı vuruşur.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. 

“Bu gün biz Ukraynaya, Bandera nümayəndələrinə qarşı yox, NATO-ya qarşı vuruşuruq. NATO, Qərb onları silahlandırır, onların muzdluları oradadır. Buna görə də, bu, dövlətimiz üçün asan deyil, lakin çox yaxşı təcrübədir. Biz bir daha sübut edəcəyik ki, Rusiyanı məğlub etmək olmaz”, deyə Çeçenistan lideri bildirib.