Kabildə məsciddə partlayış baş verib, 20 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı Əfqanıstanın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Paytaxtın Şimal-şərqindəki məsciddə törədilən partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.