Kabildə dövlət idarəsi qarşısında partlayış törədilib, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə Dəşt-Pərçi rayonunda şiddətli partlayış törədilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, partlayış Kabildə Dəşt-Pərçi rayonunda pasportların verildiyi idarənin qarşısında törədilib.

Məlumata görə bu partlayışda aralarında iki Taliban üzvü olmaqla dörd nəfər yaralanıb.

Hələ bu partlayışın məsuliyyətini kimsə üzərinə götümrəyib.

Eyni zamanda Kabildə qadınların hüquqları və media azadlığı ilə bağlı aksiya keçirilib.

Taliban qüvvələri qadınların keçirdiyi aksiyanı çəkən 10 jurnalisti saxlayıb ki, onların bir neçəsi xarici jurnalistdir.