Jurnalist Təmkin Cəfərov həbs edilib

Jurnalist, Maide.az saytının əməkdaşı Təmkin Cəfərov həbs olunub

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə onun yaxınları məlumat verib.  Bildirilir ki, bir saat əvvəl 15-ə yaxın mülkü geyimli şəxs jurnalistin evinə gəlib. Evdə axtarış aparıblar. Jurnalistə məxsus notebook,  telefon və videokamera götürülüb. Özü isə həbs olunaraq aparılıb.  Jurnalistin hansı səbəbdən həbs edilməsi barədə məlumat yoxdur.

Xatırladaq ki, "Freedom House" təşkilatı 2020-ci ilin “Qlobal azadlıqlar indeksi” adlı hesabatda  Azərbaycanın adını qeyri-azad ölkə kimi işarələyib. 

Bundan bir qədər əvvəl isə "Sərhədsiz Reportyorlar" təşkilatı 2020-ci il üzrə "Dünyada media  azadlığı indeksi"ni yayımlayıb. Hesabatda 180 ölkənin  vəziyyəti təhlil edilib, Azərbaycanın adı  medianın vəziyyətinin qeyri-azad olduğu ölkələr sırasında qeyd edilib. Hətta vurğulanıb ki, “vəziyyət son bir il müddətində  ötən illərlə müqayisədə daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib”.