İtaliyanın Alp dağlarında fəlakət: 6 ölü

İtaliyanın şimalında Alp dağlarında Marmolada dağında buzlaqın çökməsi nəticəsində 6 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Qar, buz və qaya parçalarının yaratdığı uçqun altında itkin düşdüyü təxmin edilən 30-a yaxın adamın axtarışları davam edir.
Operativ.tv HÜRRİYET-ə istinadən xəbər verir ki, Dolomitlərin ən yüksək zirvəsi olan 3300 metr hündürlüyündə olan Marmolada dağında bazar günü günortadan sonra çoxlu alpinist iştirak edən zaman bir buzlaq və bir qaya parçası qopub və uçqun baş verib. Axtarış-xilasetmə qrupları 6 nəfərin cəsədini tapıb. Həyatını itirənlərdən 4-nün şəxsiyyəti müəyyənləşib. Onlardan 3-nün italyan, birinin isə çex olduğu açıqlanıb.
Xəsarət alan 8 nəfər arasında Almaniya vətəndaşlarının olduğu, 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralıların sayını müəyyən etmək üçün yardım işçiləri bölgədəki dayanacaqda olan avtomobillərin sahiblərinə çatmaq kimi üsullardan da istifadə edirlər. Agentliklər ölənlərin sayının 30-a yaxın olduğunu bildirirlər.
Veneto bölgəsinin prezidenti Luka Zaia, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Dolomitlərin təsiri ilə bölgənin çoxlu turist cəlb etdiyini vurğulayıb. Zaia bildirib ki, uçqun zamanı ərazidə xarici turistlərin olması itkilərin sayını müəyyənləşdirməyi çətinləşdirib.