İtaliyada keçirilən parlament seçkilərinin nəticəsi açıqlanıb

İtaliyada keçirilən parlament seçkilərinin nəticəsi elan edilib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, “İtaliya Qardaşları” (Fdl), “Liqa” və “İrəli İtaliya”nın daxil olduğu sağ mərkəzçi koalisiya səslərin 44,53 faizini yığıb.

Deputatlar palatasında sağ mərkəzçilər səslərin 44,34 faizini qazanıblar.

Ehtimal olunur ki, hökumətin yeni rəhbəri “İtaliya Qardaşları” partiyasının lideri Giorgia Meloni olacaq.