İsveç və Finlandiya 33 terror təşkilatı üzvünü ekstradisiya etməyib

Ədliyyə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya öz ölkələrində qalan FETO/PDY və PKK üzvü olan 33 nəfəri Türkiyəyə təhvil verməyib.
Operativ.tv Hurriyet-ə istinadən verdiyi xəbərə əsasən, NATO üzvü olmaq üçün ilk addımları atan İsveç və Finlandiya Türkiyənin ekstradisiya tələb etdiyi 33 FETO və PKK üzvündən heç birini təhvil verməyib.
Türkiyə Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK olmaqla 12 nəfərin və İsveçdən də 10-u FETO, 11-i PKK olmaqla ümumilikdə 21 nəfərin ekstradisiya prosesinə start verib.

Məhkəmə qərarları və sübutlar əsasında ekstradisiya ilə bağlı edilən 33 müraciətin heç birinə müsbət cavab verilməyib. Ekstradisiya tələblərindən 19-u rədd edilsə də, 5-i proses boyu iki ölkə tərəfindən cavabsız qalıb.
2-si Finlandiya, 7-si İsveç olmaqla 9 ekstradisiya tələbi ilə bağlı prosesin hələ də davam etdiyi deyilir.