İsveç 73 terrorçunu ekstradisiya edəcəyinə söz verdi

Operativ.tv HÜRRİYET-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu iki ölkəyə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün imzalanan üçtərəfli memorandumla bağlı “vədlərinizi yerinə yetirin” xəbərdarlığını edib. 
İsveçin 73 terrorçunu Türkiyəyə təhvil verəcəyinə söz verdiyini bildirən Ərdoğan, "Əgər vəd yerinə yetirilməzsə, o zaman müqavilədə olanı yerinə yetirəcəyik, üzr istəyirəm" deyib.