İstanbulun mərkəzində xəstəxana yanır

Türkiyənin İstanbul şəhərində xəstəxanada yanğın başlayıb.
 
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, yanğın Taksim Elmi Tədqiqat Xəstəxanasının damında başlayıb.
 
Güclü yanğın daha sonra binanın mərtəbələrinə keçib.
 
Xəstəxanadakı xəstələr və tibbi personal təxliyə edilib.
 
Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısının alınması üçün tədbirlər görülür.
 
Yanğının başvermə səbəbləri və hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə hələlik məlumat yoxdur.