İstanbulda çökmüş binanın dağıntıları altında ən azı 43 nəfərin qaldığı ehtimal olunur

İstanbulda çökmüş binanın dağıntıları altında ən azı 43 nəfərin qaldığı ehtimal olunur

İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub.

 

Operativ.tv "FaktXəbər"ə istinadən bildirir ki, birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

 

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

 

Qeyd edək ki, çökmüş binanın ərazisində çəkiliş etmək və birbaşa yayın qadağan edilib.

 

Bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu qərar çıxarıb. Türkiyənin Radio və Televiziya Təşkilatının (RTÜK) rəsmi saytında qadağa barədə məlumat yayılıb.

Facebook