İstanbula gedən avtobusun yanması nəticəsində 12-i uşaq olmaqla 45 nəfər həyatını itirib (VİDEO)

Bu gün sübh Bolqarıstanın qərbində avtoqəza nəticəsində bir avtobus içindəki sərnişinlərlə birgə yanıb.

SalamNews bu barədə Bolqarıstanın “BGNES” informasiya agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, bu gün saat 04 radələrində Şimali Makedoniyaya məxsus turistləri daşıyan bir avtobus Bolqarıstanın qərbində avtoqəza nəticəsində alışaraq yanıb.

Avtobusda olan 52 nəfərdən yalnız dörd nəfər xilas ola bilib.

Aralarında 12-i uşaq olmaqla, eləcə də sürücü daxil olmaqla 45 nəfər həyatlarını itiriblər.

Bolqarıstanın Yol Polisi və digər aidiyyatı qurumları hadisənin səbəbini araşdırırlar.

Məlumata görə avtobus turistləri İstanbula aparırmış.