İsrailin Qəzzaya endirdiyi raket zərbələri nəticəsində 10 nəfər ölüb

İsrail qüvvələri Fələstinin qərbində yerləşən Qəzza zolağına raket zərbələri endirib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, atılan 40 yaxın raket zərbələri nəticəsində 10 nəfər ölüb.

Yaralı sayının isə 55-ə yüksəldiyi bildirilib.

İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada, Müdafiə Qüvvələri son zamanlar Fələstin İslami Cihad Təşkilatının müxtəlif hərbi məntəqələrinə hücum edib və çoxlu sayda fəal məhv edilib.