İsrailin müdafiə naziri: İranı ilk nüvə bombasından bir neçə həftə ayırır

“İranın ilk nüvə bombasını hazırlamaq üçün kifayət qədər material toplamasına bir neçə həftə qalıb”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Beni Qants bunu ABŞ səfərindən bir gün öncə “Reichmann Universiteti”ndə çıxışı zamanı deyib.

O, bu çıxışında İrandan İsrailə “ola biləcək təhlükələr” haqda danışıb və deyib ki, İranın ilk nüvə bombasını hazırlamasına bir neçə həftə qalıb.

B.Qants, həmçinin əlavə edib ki, son zamanlarda İrandan Qəzzaya və ya İordan çayının Qərb sahilinə uçurulan iki PUA vurularaq salınıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri bu gün ABŞ-a yola düşüb. Bu səfər İranla nüvə sazişinin bərpası istiqamətində danışıqların yenidən başlaması zamanına təsadüf edir.