İsraildə naməlum şəxs avtobusa atəş açıb, xəsarət alan var

İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

Operetav.tv Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün tviter səhifəsində məlumat yayıb.

"Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib", - məlumatda deyilib.

Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.

Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.