İsrail yüzlərlə yəhudinin İrana sığınmasının qarşısını alıb - VİDEO

İsrail Qvatemalada yaşayan "Lev Tahor" dini cərəyanının üzvlərinin ailələrilə birgə İrana miqrasiyasının qarşısını alıb.

Bu barədə Times of İsrael məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən dini qrupun üzvləri 2018-ci ildə İrana sığınmaq məqsədilə rəsmi Tehrana müraciət ediblər.

Qeyd edək ki, "Lev Tahor"un üzvləri və digər ortodoksal yəhudilər sionizmə qarşı çıxış edirlər. Onlar əsasən Avropa və Amerikada kompakt şəkildə yaşayırlar.

Faktxeber.