İsrail və İranın bir-birinin infrastrukturasına kiber hücumları artıb

 “Sionist rejim ilə İslam Respublikası arasında baş verən kiber müharibə onu göstərir ki, biz kimya sənayesi və fabriklərdə də təhlükələrlə üzləşə bilərik.”

Operativ.tv SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranın Silahlı Qüvvələrinin generalı Qulamrza Cəlali deyib.

O, bu gün təbirlərin birində, son zamanlarda qarşılıqlı şəkildə həyata keçirilən kiber hücumlara işarə edib və bildirib ki, gələcəkdə ölkənin kimya sənayesi obyektləri və fabrikləri də təhlükələrlə üzləşə bilər.

İranlı general bildirib ki, ölkədə bu kimi hücumların qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Qeyd edək ki, İsrail son günlərdə İranın İsfahan əyalətində yerləşən polad zavoduna, İran hakerləri də son zamanlarda İsrailin dövlət saytları və rəsmi şəxslərin elektron poçtalarının məlumatlarını ələ keçirmək üçün haker hücumları həyata keçirmişdi. İran tərəfinin son hücumunda İsrailin beş şəhərində raketlərin hücumu ilə bağlı həyəcan siqnalı 50 dəqiqə ərzində işə düşmüşdü.