İsrail və BƏƏ Yəməndə hərbi baza inşa edir

İsrail rejimi BƏƏ-nin maliyyə dəstəyi ilə Yəmənin Sokotra arxipelaqında yeni hərbi bazanın inşasına başlayıb.

 

Az.rasthaber.com "Yemen News"-ə istinadən xəbər verir ki, sionist rejimin hərbi bazası Əbdül-Quri adasında inşa ediləcək.

Dərc edilən məruzəyə əsasən, bu baza İsrail rejiminə məxsusdur, BƏƏ isə bu rejimin kəşfiyyat xidməti ilə koordinasiya çərçivəsində bazanın inşasına başlayıb.

Yayılan peyk şəkillərinə əsasən, bazada eni 30 metr və uzunluğu 540 metr olan eniş-uçuş xətləri tikilir.