İsrail təyyarəsi Səudiyyənin hava sahəsində

Səudiyyə Ərəbistanı hava sahəsindən istifadə edən ilk İsrail təyyarəsi Tel-Əvivə eniş edib.

Teleqraf.com xəbər verir ki, təyyarə Hindistandan havaya qalxaraq Səudiyyə hava sahəsindən istifadə etməklə İsrailə çatıb.

İsrail Hava Yollarının nümayəndəsi Lisa Drir deyib ki, hava nəqliyyatı ticarət təyyarəsi olub.

O, əlavə edib ki, bu İsrail təyyarəsi tarixdə ilk dəfə olaraq Səudiyyə Ərəbistanı hava sahəsindən istifadə edib.

Qeyd edək ki, Hindistan və İsrail arasında həftədə 3 dəfə qarşılıqlı təyyarə reysləri həyata keçirilir.