İsrail Suriyanın cənubunu raketlərlə hədəfə alıb

 İsrail Ordusu Suriyanın cənubunda Qunaytara əyalətini raketlərlə hədəfə alıb.

SalamNews SANA-ya istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, İsrail Ordusu bu gün sübh Qunaytara əyalətinin əl-Hədar qəsəbəsinin ətrafına bir neçə raket atıb.

Hücum nəticəsində yalnız maddi ziyanların olduğu və canlı itkilərin olmadığı bildirilib.

Qeyd edək ki, İsrail iki həftə öncə işğal edilmiş Colan Yüksəklikləri səmasından Dəməşqin ətrafını hədəfə almış və burada 4 nəfər həyatını itirmişdi.

Suriyanın Colan Yüksəkliklərini işğal altında saxlayan İsrail bu ölkə ərazisində İrana bağlı qüvvələrin yerləşməsinə imkan verməyəcəyini bildirib.