İsrail əsgərləri fələstinli uşağı qətlə yetirdi

İsrail qüvvələri İordan çayının Qərb sahilində fələstinli uşağı qətlə yetirib. Operativ.tv Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib. İnsident əl-Hədar şəhərində baş verib. Qeyd edilib ki, 15 yaşlı Zeyd Məhəmməd Səid Qənim belindən və boğazından ağır güllə yarası alıb. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, 27 mayda Qərb sahilinin fərqli-fərqli ərazilərində qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşasına qarşı nümayişlər keçirilir. İsrail qüvvələri fələstinlilərə atəş açaraq 10 nəfəri yaralayıb.