İsrail rejiminə qarşı qlobal kampaniyaya start verilir

Beynəlxalq Əfv Təşkilatı İsrailə qarşı qlobal kampaniyaya dəstək üçün yeni məhsullar buraxacaq.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı sionist rejimin aparteidinə son qoymaq məqsədilə qlobal kampaniyaya dəstək üçün yeni məhsullar buraxacağını açıqlayıb. Bu xəbəri "İsrail Hayom" qəzeti də yayıb.

Beynəlxalq Əfv Təşkilatının Kampaniyalar Departamentinin direktoru Kristian Benedikt deyib: "İsrailin aparteid rejiminə son qoyulması məqsədilə yaradılmış beynəlxalq kampaniyaya dəstək olmaq üçün yeni köynəklər, stikerlər və digər məhsullar xəttini işə saldıq."

Benedikt xəbəri elan etmək üçün tvitində "İsrail aparteidinə son" yazılan müxtəlif rəngli köynəklərin şəkillərini yerləşdirib. O, həmçinin "İsrailin fələstinlilərə qarşı aparteidi bəşəriyyətə qarşı cinayətdir" başlıqlı məlumat plakatlarını əlavə edib.