İsrail Qəzzaya hava zərbələri endirib, fələstinli hərəkatlar 10-dan çox raket atıblar (VİDEO)

İsrail Qəzzada fələstinli hərəkatların mövqelərinə şiddətli hava zərbələri endirib.

SalamNews  Əl-Cəzirəyə istinadla xəbər verir ki, İsrail təyyarələri Qəzzanın cənubunda yerləşən Xan-Yunis, mərkəzdə əl-Bric və Nuseyrat şəhərləri ərazisində fələstinli hərəkatların mövqelərini hava zərbələrilə hədəfə alıb.

Eyni zamanda Fələstin müqavimət hərəkatları havadan müdafiə raketlərindən istifadə ediblər.

Bundan öncə isə fələstinli hərəkatlar İsrailin nəzarətindəki bölgələrə 10-dan çox raket atıblar.

İsrail mənbələri Sderot şəhərində bir mənzilə xəsarət dəydiyini bildirib.

Dörd bölgədə İsrailin “Dəmir Günbəz” havadan müdafiə sistemi hərəkətə keçib.

Yerli ekspertlər bundan öncə xəbərdarlıq edərək, bildiriblər ki, İsrail qüvvələrinin əl-Əqsa məscidində və sair işğal edilmiş ərazilərdə fələstinlilərə qarşı zorakı addımları yenidən hərbi qarşıdurmaya gətirib çıxara bilər.