İsrail Qəzza zolağını bombaladı

İsrail rejiminin aviasiyası Qəzza zolağında silahlılarının mövqelərinə hava zərbələri endirib. Bombardman nəticəsində Fələstində 3 nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib

 

"RİA Novosti" xəbər verir ki, İsrailin hava zərbələri Qəzzadan atılan raketlərə cavab olaraq həyata keçirilib.

 

Məlumata əsasən, ötən gecə Qəzza zolağından İsrail ərazisinə 10 raket buraxılıb, bunlardan 8-i "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi vasitəsi ilə zərərləşdirilib. Raketlərdən biri Sderot şəhərində yaşayış binasına düşüb.

 

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb, binaya maddi ziyan dəyib.