İsrail qüvvələri əl-Xəlil şəhərində 24 fələstinlini saxlayıblar

İsrail qüvvələri son surka ərzində (işğal altında olan) İordan çayının Qrəb sahilində, xüsusilə də əl-Xəlil şəhərində onlarla fələstinlini saxlayıblar.

SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, İsrail qüvvələri bu gün səhər əl-Xəlil şəhərinin yaxınlığında yerləşən Surif qəsəbəsində 24 fələstinlini saxlayıblar.

Məlumata görə həbs edilmişlərin bəziləri öncə İsrail həbsxanalarında məhkumluq həyatı yaşamış fələstinlilərdir.

Qeyd edək ki, əl-Xəlil şəhərinin yerləşdiyi İordan çayının Qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. İşğal edilmiş bölgələrdə İsrail tərəfindən yeni yaşayış massivlərinin salınması fələstinlilərin intensiv etirazları ilə qarşılanır.