İsrail qüvvələri İordan çayının Qərb sahilində Nablusa basqın edib, azı 30 nəfər yaralanıb

İsrail qüvvələri bu gün sübh işğalda olan İordan çayının qərbində yerləşən Nablusun Qədimi şəhərinə basqın ediblər. Atışma baş verib. Onlarla yaralı var.

Operativ.tv SalamNews-a istinadən bu barədə Fələstin Media Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, İsrail qüvvələri bu gün Nablusda Qədimi şəhərə basqın edərək, bir neçə fələstinlini həbs ediblər. Həbs edilənlər arasında “Səraya əl-Qüds” hərbi briqadasının üzvləri də var.

Digər məlumata görə İsrail qüvvələri bu basqında “Səraya əl-Qüds”ün bir üzvünə qarşı sui-qəsd həyata keçirmək istəyiblər.

Fələstinlilər qarşılıq verib.

Fələstinin Qızıl Aypara Cəmiyyəti Nablus xəstəxanasına odlu silahla yaralanmış 30 yaralının gətirildiyini açıqlayıb.