İsrail qüvvələri fələstinlilərin bayraq yürüşünə müdaxilə edib, onlarla xəsarət alan var

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində bayraq yürüşü keçirən fələstinlilərin aksiyasına müdaxilə edib.

Operativ.tv SalamNews Fələstin Media Mərkəzinin saytına istinadən xəbərə verir ki, İsrail qüvvələri ötən gün axşam saatlarında Nablusda fələstinlilərin bayraq yürüşünə gözyaşardıcı qazlar, səs bombaları, rezin güllələr və sair vasitələrlə qarşılıq verib.

Onlarla xəsarət alan var.

Qeyd edək ki, fələstinlilər bu bayraq yürüşünü yəhudilərin Qüdsdə 29 mayda keçirmək istədiyi bayraq yürüşünə etiraz olaraq həyata keçirdiklərini bildiriblər.

Bu arada Beyt-Ləhm yaxınlığında İsrail qüvvələri ilə fələstinlilərin qarşıdurması zamanı 14 yaşlı fələstinli uşaq başından aldığı yaradan həlak olub.